inzibati yolla (icra orqanlarının əmri ilə)

by administrative means * в административном порядке
intim əlaqəyə girməyə vadar etmək, bir kəsi intim əlaqəyə girməyə vadar etmək
ip ucu vermək
OBASTAN VİKİ
Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının siyahıları
Azərbaycan yerli icra hakimiyyəti orqanlarının siyahıları
Əyri yolla qazanc
Əyri yolla qazanc — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş bədii film. Burada avtonəqliyyatda yol hərəkəti qaydalarını pozan sürücü haqqında, böyük sürətlə maşın sürməyin acı nəticələri, avtomaşından şəxsi məqsədlə istifadə olunması barədə danışılır. Filmdə əyri yolla qazanc əldə etməyə və yüngül həyat sürməyə çalışan sürücülər tənqid olunur.
Azərbaycan Respublikasının rayon icra hakimiyyəti orqanlarının siyahısı
Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının siyahıları
Azərbaycan Respublikasının şəhər icra hakimiyyəti orqanlarının siyahısı
Labirint qaçışçısı: Ölüm əmri
Ölüm əmri və ya original adı ilə The Kill Order adlanan bu roman amerikalı yazıçı Ceyms Daşner tərəfindən yazılmış Labirint qaçışçısı romanlarının dördüncüsü olub 2012-ci ildə çap olunmuş gənclik romanıdır.
Osman ibn Səid Əmri
Əbu Əmr Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Osman ibn Səid Bəni-Əsəd qəbiləsindən olmuş, Samirra şəhərində yaşadığı üçün Əskəri də adlandırılmışdır. Şiələr onu Səmman (yağsatan) deyə çağırırdılar. O, siyasi fəaliyyətinin üzə çıxmaması məqsədilə yağ satmaqla məşğul olur, şiələrin İmama çatdırmaq istədiyi malları onlardan alaraq yağ qablarına qoyub İmam Əskəriyə (ə) çatdırırdı. O, etimadını necə lazımdısa doğrultmuş, şiələrin hamısı ona inanırdı. Qeyd etmək lazımdır ki, Osman ibn Səid elə İmam Əliyyən-Nəqi (ə) və İmam Əskərinin (ə) da, nümayəndə və yaxın dostlarından olmuşdur. Özü şiə başçılarından olan Əhməd ibn İshaq deyir: "Bir gün İmam Əliyyən-Nəqinin (ə) yanına gedib dedim: "Mən bəzi vaxtlar burada olur, bəzi vaxtlar isə olmuram, burada olanda da, həmişə sizin yanınıza gələ bilmirəm. Kimin sözünü qəbul edim, kimə qulaq asım?" İmam buyurdu: "Bu Əbu Əmr (Osman ibn Səid Əmri) inanılmış və etibar etdiyim bir şəxsdir. O, sizə nə desə, bilin ki, mənim tərəfimdən çatdırır." Sonra Əhməd ibn İshaq əlavə edib deyir: "İmam Əliyyən-Nəqinin (ə) vəfatından sonra İmam Əskərinin (ə) yanına gedib həmin sualı təkrar etdim. O da atası kimi buyurdu: "Bu Əbu Əmr məndən əvvəlki İmamın etibar etdiyi, eləcə də, mənim həm həyatımda, həm də öldükdən sonra inandığım bir şəxsdir.
İcra başçısı
İcra başçısı — Azərbaycan Respublikasında yerli icra hakimiyyətinə rəhbərlik edən şəxs. Yerli İcra Hakimiyyətinin başçılarını Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti müvafiq sərəncam ilə təyin edir.
İcra hakimiyyətləri
İcra nümayəndəsi
İcra nümayəndəsi - Azərbaycan Respublikasında rayondan aşağı səviyyə yaşayış məntəqəlirndə icra hakimiyyətlərinin təmsilçisi. Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə təyin olunur.
İcra proqramı
Çalışdırılabilən proqram, icra proqramı – yerinə yetirilməyə (çalışmağa) hazır olan kompüter proqramı. Bu termin, adətən, yaddaşa yüklənə və çalışdırıla bilən kompilyasiya olunmuş proqrama aid işlədilir; bunula belə, interpretasiya olunan proqramlaşdırma dillərində həmin termin müəyyən formatda olan ilkin kodu da bildirə bilər.
Azərbaycan Respublikasının şəhərdə rayon icra hakimiyyəti orqanlarının siyahısı
İnzibati akt
İnzibati akt — İnzibati orqan tərəfindən, inzibati fəaliyyət ilə əlaqədar alınan, tək tərəfli hüquqi əqd. İnzibati akt qarşı tərəfin iradəsindən asılı olmadan hüquqi nəticə yaradır. O, hüquqa uyğun və etibarlı sayılır, əks nəticə ancaq məhkəmə tərəfindən müəyyən edilə bilər. İnzibati aktların qəbulundan əvvəl anılan aktlar aralıq inzibati aktlar deyilir. İnzibati aktlar konkret hüquqi nəticə yaradan hüquqi əqdləri ifadə edir. Lakin inzibati orqanların bütün qərarları hüquqi nəticə yaratmır. Bunların bəziləri idari daxili aktlar olduğu halda, digərləri inzibati aktların qəbulundan əvvəl, onunla əlaqədar olaraq anılan aktlardır. Məhz bunlara aralıq inzibati akt deyilir. Məsələn, rayon icra hakimiyyətinin memarlıq şöbəsi rəisinin, icra başçısına göndərdiyi təqdimat aralıq inzibati aktdır. Mehdiyev, Fərhad.
İnzibati hüquq
İnzibati hüquq — idarəetmə fəaliyyətini həyata keçirən normaların məcmusundan ibarətdir. İnzibati hüquq idarəetmə orqanlarının təşkili və icra – sərəncam fəaliyyəti prosesində meydana gələn ictimai münasibətləri nizama salan hüquq sahəsidir. İnzibati hüquqla tənzimlənən ictimai münasibətlər xarakterinə, məzmununa və təyinatına görə müxtəlifdir. İnzibati hüququn predmetini dövlət idarəçiliyinin predmeti təşkil edir. İnzibati hüquq münasibətinin obyektini insanların hərəkətləri təşkil edir. Bu hərəkətlər idarəetmə vəzifələri ilə sıx bağlı hərəkətlərdir. İnzibati hüquq münasibətinin iştirakçıları, yəni subyektləri on altı yaşı tamam olmuş fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər ola bilər. İnzibati hüquq münasibətlərində iştirak edən tərəflərin hüquq və vəzifələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin normalarında nəzərdə tutulmuşdur. İnzibati hüquq normalarını cəmləşdirən hüquqi aktlar inzibati hüququn mənbələrini təşkil edir. İnzibati hüququn mənbəyi Azərbaycan konstitusiyasından, hamılıqla qəbul edilmış beynəlxalq hüquq normalarından və prinsiplərindən ibarətdir.
İnzibati orqan
İnzibati orqan — inzibati fəaliyyət həyata keçirən təsisat. Dövlət orqanı olması şərt deyildir: bələdiyyələr, vəkillər kollegiyası, Təhsil Nazirliyindən müstəqil olan univesitetlər, özəl universitetlər, ictimai xidməti inhisarçı qaydada həyata keçirən birliklər də inzibati orqan sayılır. Burada əsas meyarlardan birincisi həmin orqanın ictimai idarəetmə sahəsində fəaliyyət göstərməsi, ikincisi isə hakimiyyət səlahiyyətlərindən istifadə etməsidir. İstisna hallarda, fiziki şəxslər də inzibati orqan sayıla bilər: məsələn, müharibə zamanında kənddə bütün icra strukturları dağıdılıbsa, hərbi komandanlıq hansısa kənd sakininə müvəqqəti olaraq həmin kəndə idarəçilik səlahiyyətləri verə bilər. Həmin şəxs inzibati orqan sayılacaq və onun vəzifəsi ilə bağlı verdiyi qərar və hərəkətlərinə PUBLİK (ictimai) hüquq qaydaları tətbiq olunacaq. Əgər bir orqan inzibati orqandırsa, onun inzibati fəaliyyət ilə aldığı qərarlara və etdiyi hərəkətlərə inzibati hüquq qaydaları, ya da daha geniş mənada publik hüquq qaydaları tətbiq olunacaq.
İnzibati proses
İnzibati proses — dövlət idarəetməsi sahəsində konkret inzibati işlərin həlli üzrə dövlət orqanlarının fəaliyyəti. İnzibati proses normalarına görə, məsələn, vətəndaşların şikayət və ərizələrinə baxılır, intizam tənbehi tətbiq edilir. Bu, səlahiyyətli icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin, habelə hakimlərin inzibati prosessual hüquq normaları ilə tənzimlənən inzibati işlərin başlanması, baxılması və həlli üzrə fəaliyyəti.
İnzibati xəta
İnzibati xəta — idarəetmə sahəsində olan hüquq pozuntularıdır. İnzibati hüququn predmetinə idarəetmə sahəsində yaranan münasibətlər aid olunur. Buna görə də bu sahədə yaranan hüquqpozuntuları inzibati xəta adlanır. İnzibati hüquqa aid olan bütün digər anlayışlar kimi, inzibati xəta da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb. İnzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) ikinci fəslində öz əksini tapıb. Həmin fəsil "İNZİBATİ XƏTA VƏ İNZİBATİ MƏSULİYYƏT" adlanır. İnzibati xətalar ümumiyyətlə həyatımızda çox geniş yayılıb. İnzibati xətalarla cinayətləri bir-birindən fərqləndirmək lazımdır. Həm inzibati xətalarda, həm də cinayət əməllərində qanunpozuntuları olur. Yəni, onların xəta hesab olunmasının başlıca amili qanunazidd əməlin olmasıdır ki, bu da onları bir-birinə yaxınlaşdırır.
İnzibati ədliyyə
İnzibati ədalət — dövlət idarəetmə sistemində hüququn aliliyinə riayət olunmasına nəzarət edən ixtisaslaşmış orqanlar və ya xüsusi məhkəmələr sistemi. Dar mənada bir tərəfdən vətəndaş və ya təşkilatla digər tərəfdən dövlət orqanı arasında olan inzibati-hüquqi mübahisələrin həlli üçün xüsusi prosessual prosedurdur. Dünyanın bir çox ölkələrində belə bir sistem yaradılmışdır. Десницкий, Семён Ефимович. Представление об учреждении законодательной, судительной и наказательной власти в Российской империи.// Избранные произведения русских мыслителей второй половины XVIII века. М.,1952. -Т.1.- С.300-311. Куплеваский, Николай Осипович. Административная юстиция в Западной Европе. Харьков, Куплеваский, Николай Осипович.
Kəşfiyyat orqanlarının siyahısı
Bu, ölkələrə görə kəşfiyyat orqanlarının siyahısı. Bura yalnız hazırda fəaliyyət göstərən qurumlar daxildir.
Əyri yolla qazanc (film, 1960)
Əyri yolla qazanc — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş bədii film. Burada avtonəqliyyatda yol hərəkəti qaydalarını pozan sürücü haqqında, böyük sürətlə maşın sürməyin acı nəticələri, avtomaşından şəxsi məqsədlə istifadə olunması barədə danışılır. Filmdə əyri yolla qazanc əldə etməyə və yüngül həyat sürməyə çalışan sürücülər tənqid olunur.
Azərbaycan icra başçıları
Elektromaqnit icra mexanizmləri
Elektromaqnit icra mexanizmləri elektrik mühərrikli icra mexanizmlərinə nisbətən kiçik güclüdürlər. Amma onlar konstruksiyalarının sadəliyi, idarəetmə sxemlərinin mürəkkəb olmaması, kiçik ölçülərə və kütləyə malik olması, ucuz olması və yüksək etibarlılığı ilə fərqlənirlər. Elektromaqnit solenoid icra mexanizmlərinin xarakterik (səciyyəvi) xüsusiyyəti ondan ibarətdir ki, onlar yalnız iki mövqeli idarəetmə sxemlərində, daha doğrusu tənzimləyici orqan ancaq iki son vəziyyət aldıqda ("açıqdır" yaxud "bağlıdır) tətbiq oluna bilər. Elektromaqnit intiqal həm sabit, həm də dəyişən cərəyanda işləmək xüsusiyyətinə malikdir. Sabit cərəyan elektyromaqnitləri yaxşı xarakteristikaları ilə fərqlənirlər. Eyni ölçülərdə sabit cərəyan elektromaqnitləri böyük dartı qüvvəsi yaradırlar, parametrlərin daha yüksək stabilliyinə malikdirlər, konstruksiyaları sadədir və ucuz başa gəlir. Qida mənbəyi kimi dəyişən cərəyan şəbəkəsindən, solenoid intiqal isə düzləndirici ilə qidalanır. Solenoid silindrik səthə sarınmış cərəyan axan naqildən ibarətdir. Solenoid – yunan sözü olub boruşəkilli, boruya oxşar deməkdir. Xarici maqnit sahəsinə görə solenoid düz sabit maqnitli sahəsinə oxşayır.
İcra Sərəncamı 12711
12711 saylı İcra Sərəncamı — Amerika prezidenti Corc HV Buş tərəfindən 11 aprel 1990-cı ildə tərtib edilmişdir. O 5 iyun 1989-cu il və 11 aprel 1990-cı il tarixləri arasında ABŞ-də olmuş Çin vətəndaşlarının və onların birbaşa himayəsində olan şəxslərin deportasiyasını təxirə saldı, 2 illik vətənində yaşamaq tələbindən imtina etdi və 1 yanvar 1994-cü ilə qədər onlara iş icazəsi verdi. O, 1989-cu ildə Tiananmen Meydanı etirazlarını yatırtmasına və həmin ilin 4 iyununda baş vermiş qırğına cavab olaraq Çin Xalq Respublikasına (ÇXR) qarşı beynəlxalq reaksiyanın bir hissəsi kimi verilib. 1992-ci ildə Çin Tələbə Mühafizəsi Qanunu qəbul edildikdən sonra bu, daimi hala gətirildi.
İcra Şurası (Rojava)
Federal İcra Şurası və ya sadəcə İcra Şurası (ərəb. المجلس التنفيذي للفيدرالية‎, kürd. Encûmena Rêvebir a Federaliyê, klass. süry. ܡܘܬܒܐ ܣܘܥܪܢܝܐ ܕܦܕܪܐܠܝܘܬܐ) — Şimali və Şərqi Suriya Muxtar İdarəsində Suriya Demokratik Şurasının Federal Məclisi tərəfindən hazırlanmış siyasətlərin həyata keçirilməsinə nəzarət edən birgə koordinasiya komitəsi. Nazirlər təyin edilir. 2014-cü ilin sonundan əvvəl ümumi seçkilərin keçirilməsi planlaşdırılırdı, lakin döyüşlər səbəbindən bu təxirə salınmışdır.